N 29      23.07.2010
   
 
 Baş səhifə
 Ədəbi-mədəni həyat
 KİV və ədəbiyyat
 Poeziya
 Nəsr
 Tərcümə
 Soydaşlarımız
 Qonaq otağı
 Türk dünyası
 Əsərlər, rəylər
 İllər, şəxsiyyətlər
 Axtarışlar
 Xarici mətbuatda
 Teatr
 Yumor
 Çevrə
 Panoram
 Oxucu və qəzet
 Arxiv
 
 
  Xuraman Vəfa - 50
 
     
 
Hörmətli Xuraman xanım!
Sizi - istedadlı şairimizi 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Siz bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlamısınız. İlk qələm təcrübələriniz 1977-ci ildə "Azərbaycan qadını" jurnalında oxuculara təqdim edilmişdir. Vaxtaşırı mətbuatda çıxış etmisiniz. İlk kitabınız "Səni, sənsiz" 1995-ci ildə işıq üzü görmüşdür. "Soraqlı könlüm", "Sevənlər bilər", "Bir gün dönəcəksən", "Taleyimiz, yaddaşımız", "Bir ömür azdır mənə" kitablarının müəllifisiniz. "Məhəbbət çətin şeydir" adlı kitabınız Tbilisidə gürcü dilində nəşr edilmişdir. Son vaxtlar nəsrə də müraciət etmisiniz.
Azərbaycan İqtisad Universitetini və Bakı Dövlət Universitetini bitirmisiniz. Meliorasiya və Su Təsərrüfatı Nazirliyində, Dövlət Yanacaq Komitəsində məsul vəzifələrdə işləmisiniz. 2003-cü ildən təsisçi olduğunuz "Vəfa" ədəbi bədii, elmi-ictimai jurnalının baş redaktorusunuz. Ədəbi uğurlarınıza görə "Qızıl qələm", "Akademik Yusif Məmmədəliyev", "Məhsəti Gəncəvi" mükafatlarına layiq görülmüsünüz.
Hörmətli Xuraman xanım!
Sizi bir daha yarıməsrlik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi

 
  Tariyel Cahangir - 70
 
     
 
Hörmətli Tariyel Cahangir!
Sizi anadan olmanızın 70 illiyi münasibətilə təbrik edirik. Siz ADU-nun filologiya fakültəsini bitirmisiniz. Ədəbi fəaliyyətə ötən əsrin 60-cı illərində başlamısınız. Həmin ildən respublikanın qəzet və jurnallarında radio və televiziyada əsərlərinizlə müntəzəm çıxış edirsiniz.
"Kiçiklərin tərsliyi", "Səlbinaz nənəm" kitablarında toplanmış şeirlərinizdə Azərbaycan gözəllikləri, vətənə, xalqa, əməyə vurğunluq hissləri, gənclərimizin saf, təmiz məhəbbət duyğuları tərənnüm olunur.
Uzun illərdir ki, nəsr və publisistika sahəsində fəaliyyət göstərirsiniz. Oxucular tərəfindən maraqla qarşılanan "Daş ürəklər", "Keçmə məndən", "Qubadlı", "Vətən oğul istəyəndə", "Mir Sədi ağa", "fədakar insan" və ölkəmizdə ilk dəfə nəşr edilən "Azərbaycanda kim kimdir" kitablarının müəllifisiniz. Satira və yumor yaradıcılığınızda xüsusi yer tutur. Təmsilləriniz, satirik şeir və hekayələriniz, yumoristik novellalarınız geniş oxucu auditoriyası qazanmışdır. Yenicə işıq üzü görmüş, irihəcmli "Ağıl dərmanı" kitabınız da diqqətlə qarşılanmışdır.
Siz uşaqlar üçün də yazıb yaradırsınız. Balaca oxucuların sevə-sevə oxuduqları şeir və hekayələriniz, nağıl və poemalarınız xüsusilə "Artıq tamah", "Kirpinin hünəri", "Qisas", "Qafqaz aslanı" əsərləriniz uşaq psixologiyasına dərindən bələd olduğunuzdan xəbər verir.
Siz "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində redaksiya müdiri vəzifəsində çalışırsınız.
Hörmətli Tariyel müəllim!
Sizi 70 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi