N 29      23.07.2010
   
 
 Baş səhifə
 Ədəbi-mədəni həyat
 KİV və ədəbiyyat
 Poeziya
 Nəsr
 Tərcümə
 Soydaşlarımız
 Qonaq otağı
 Türk dünyası
 Əsərlər, rəylər
 İllər, şəxsiyyətlər
 Axtarışlar
 Xarici mətbuatda
 Teatr
 Yumor
 Çevrə
 Panoram
 Oxucu və qəzet
 Arxiv
 
 
  Bu həmin Aynurdur ki…
 
     
 
"Bizim yol" qəzetinin 2009-cu il 19 dekabr tarixli sayında Milli Məclisin deputatı Aynur Quliyeva ilə müsahibə dərc edilib. Vaxtımıza heyfimiz gəldiyindən müsahibədə yer alan çoxsaylı yanlış fikirləri təkzib etmək fikrində deyilik. Bu fikirdən başqa…
O, deyir: "Bizdə sovet dönəmindən qalma Azərbaycan Yazıçılar Birliyi var, bütünlüklə dövlət büdcəsindən asılı vəziyyətdədir". Yazıçılar Birliyinin büdcəyə salınmasına etiraz edən xanıma xatırladırıq ki, bu, Heydər Əliyevin iradəsilə baş tutub. Yazıçılar Birliyinin fəaliyyətinə yüksək qiymət verən və onun ədəbi orqanlarının büdcəyə daxil edilməsini reallaşdıran ümummilli liderimiz Heydər Əliyevin ideyaları ilə daban-dabana zidd gələn bu mövqe Aynur Quliyevanın öndərimizə qarşı birinci çıxışı deyil. H.Əliyev xəstə olarkən A.Quliyevanın çirkin, ikrah hissi doğuran ifadələri yaddaşı olanların yaxşı yadındadır ("Yeni Müsavat" qəzeti, 2003-cü il, 3,5 oktyabr sayları). Biz ulu öndərin ruhunu incitməmək üçün orada yazılan sözləri təkrar etmək istəmirik.
Belə iyrənc sözləri dilinə gətirən adam gərək abrına qısılıb daha dinib-danışmayaydı. Amma Anar 2003-cü ilin Prezident seçkilərində Heydər Əliyevi dəstəkləyəcəyini deyən kimi "Yeni Müsavat" qəzetində (12 iyul 2003) həmin bu Aynur Camal qızının "ANlayan anlayAR" başlıqlı yazısı dərc olundu. Yazının məğzi elə bir bu abzasdan bəlli olur:
"Mən Heydər Əliyevə səs verəcəm". Əslində bu, sadəcə YAP sədrini dəstəkləmək, onun yanında və yolunda olduğunu sərgiləmək deyil, adına yazıçı, ziyalı deyilən şəxsin on ildən üzü bəri əzilən, yenilən, məhv edilən bir millətə meydan oxumasıdır. Başqa bunu necə yozaq, qalın-qalın kitabların müəllifinə necə haqq qazandıraq? "On-on bir il öncə bu ölkəni fəlakətdən kim qurtarıb?
Maraqlı sualdır və təəssüf ki, bunu ünvanlayan cavabdan da xəbərdar olmalıdır. Bəlkə izah edəsiniz, on il öncə nə fəlakət baş verirdi ki? H.Əliyev bu ölkəni hansı fəlakətdən qurtarıb? Uşaqdan böyüyəcən hər kəsə bəllidir ki, o, şüurlu həyatı boyu bu məmləkətə fəlakət bəxş etməklə məşğul olub" ("Yeni müsavat", 12 iyul 2003).
Ən qəribə işlər isə bundan sonra başlandı. Həmin xanım "onda belə düşünürdüm, indi belə düşünürəm" - deyə sifətini 180 dərəcə dəyişdi, deputat edildi, imtiyazlar qazandı. Bir çoxlarına bu yaxşı "əxlaq" dərsi oldu. Deməli bu gün bir cür, sabah tamam tərsinə danışmaqla da karyera qazanmaq olurmuş. Amma kim zəmanət verə bilər ki, bir müddət sonra yenə də həmin deputat xanım "o vaxt belə düşünürdüm, indi belə düşünürəm" - deyib yenə də sifətini 180 dərəcə dəyişməyəcək. Bunun bəzi əlamətlərini indidən sezmək olar. Heç bir dəxli olmadığı ədəbiyyat məsələləri haqqında qəti hökmlər verən Aynur Quliyevanın bu hökmləri Prezident İlham Əliyevin dediklərilə daban-dabana ziddir. Yazıçılar Birliyinin rəhbərlərilə görüşdə hörmətli Prezident deyirdi: «Son illər ərzində Yazıçılar Birliyinin fəaliyyəti çox uğurlu olmuşdur, xüsusilə gənc yazıçılara böyük diqqət göstərilib, çoxlu işlər görülmüşdür. Bütün görülən işlərə görə sizə öz minnətdarlığımı bildirirəm".
Aynur Quliyeva isə bunun tam əksini deyir: "Cavanlarla yaşlılar arasında bir savaş gedir - yeniliklə köhnəliyin savaşı. Yaşlılar öz yerlərindən əl çəkmək istəmirlər. İşıqlı, yaradıcı gəncləri də irəli buraxmaq istəmirlər… Anarın işıqlı bir gəncin qolundan tutub irəli çəkdiyini eşitməməşik və yəqin ki, heç eşitməyəcəyik".
Bu tip insanların xisləti belədir ki, onlar gözlərini yumub, qulaqlarını tıxayıb yalnız eşitmək istədiklərini eşidir, eşitmək istəmədiklərinin üstünü vurmurlar. Yəni gənclərin Yazıçılar Birliyində məsul vəzifələrə, o cümlədən katib vəzifəsinə irəli çəkilməsindən, onlara jurnalların, topluların tapşırılmasından, əsərlərinin təqdimatından, ezamiyyətlərə göndərilməsindən, yazılarının, tərcümələrinin təşkil edilməsindən, əsərləri haqqında elə Anarın özünün yazdığı məqalələrdən bunların xəbərləri yoxdur? Yəni doğrudanmı Aynur Quliyeva ancaq elə ən son illər Anarın Elçin Hüseynbəyliyə, Rəşad Məcidə, Səlim Babullaoğluna, Elxan Zala, İlqar fəhmiyə, Qulu Ağsəsə, Azər Turana, prezident təqaüdünə təqdim olunan neçə-neçə başqa istedadlı gəncə göstərdiyi qayğıdan, diqqətdən xəbərsizdir? Yox bunlardan xəbəri varsa, nə haqla bütün bu gəncləri işıqlı yaradıcı adam saymır? Yazıçılar Birliyində növ-növ təxribatçıların arzuladıqları kimi, yaşlılar və cavanlar arasında heç bir savaş yoxdur. Antiədəbiyyat qaraguruhunun Yazıçılar Birliyinə qarşı təxribatları var. Deputat xanım işıqlı saydığı gənc yazıçıların niyə adını çəkmir (adını çəkdiyi Əsəd Cahangirin kitabını da Yazıçılar Birliyi çapa hazırlayır)? Yəqin söhbət o adamlardan gedir ki, Aynur xanım mövqeyini 180 dərəcə dəyişənə qədər onun məsləkdaşları idi. Darıxmasın, gün gələr onlar da "o vaxt belə düşünürdüm, indi belə düşünürəm" - deyib müzdlarını alarlar.
O ki, qaldı azadlıq və əsarət məsələsinə, müəyyən şəxsi maraqlar, karyera naminə fikrini, mövqeyini, sifətini büsbütün dəyişənlər azadlıqdan dəm vurmasalar yaxşıdır.
Yazıçılar Birliyinin Mətbuat xidməti
19 dekabr 2009

 
  Demə, eşitmə
yaxud
Vaqif Nəsibin uzun sicilləməsinə qısa cavab

 
     
 
Birliyimizin qarşıdan gələn yubileyinin geniş qeyd olunması xəbəri ədəbiyyatımızın düşmənlərinin yuxusunu qaçırıb. Bir il müddətində Yazıçılar Birliyinin təqdimatıyla təqaüd alan Vaqif Nəsib quzu kimi susub səsini çıxarmırdı. İndi təqaüd müddəti bitən kimi xislətindəki nankorluğu yenə üzə çıxdı. Bütün uğur qazanmış yazıçılara - qocasına-cavanına - patoloji nifrət bəsləyən və öz səmimi etirafına görə paxıllıqdan daima ağzının suyu axan bu zat qəzetdə çıxan sicilləməsində daha bir maraqlı etiraf edir. Deyir ki, Yazıçılar Birliyinə yalnız tualetə getmək üçün gedirəm.
Nə deyəsən, kişi Yazıçılar Birliyində öz yerini yaxşı bilirmiş. Təklif olundu ki, tualeti bağlayıb Vaqif Nəsibi sevimli guşəsinə həsrət qoyaq. Amma düşündük ki, yazıqdır, istedadlı şair və nasir küçədə divar dibinə gedib özünü biabır eləyər. Odur ki, arxayın olsun, tualetimizin qapısı həmişə Vaqif Nəsibin üzünə açıqdır.

Yazıçılar Birliyinin Mətbuat xidməti