|
|
|
| |
| |
| |
Klassik şeir həvəskarları üçün
| |
| |
|
|
| |
 Əlyazmalar İnstitutunun son zamanlar oxuculara təqdim etdiyi dəyərli kitablardan biri “XVII əsr Azərbaycan lirikası”dır. 24 şairin ədəbi irsindən nümunələrin və həmin şairlər haqqında qısa məlumatların daxil edildiyi bu antologiya bizə bir sıra az tanınan müəllifləri təqdim etmək baxımından təqdirəlayiqdir. Kitabın tərtibçiləri və ön söz müəllifləri f.e.n. Paşa Kərimov və Məhəmmədəli Hüseyni, redaktoru f.e.d. Məmməd Adilovdur. Kitabın ön sözündə qısa tarixi arayış verən müəlliflər haqqında söz açdıqları şairlərin öz dövrlərindəkı fəaliyyətinə də nəzər yetirmiş, bu zaman bir sıra müəlliflərin tədqiqatlarına müraciət etmişlər.”Danişməndani-Azərbaycan” təzkirəsinin müəllifi Məhəmmədəli Tərbiyətin, Məhəmməd fuad Köprülüzadənin, Salman Mümtazın, İsmayıl Hikmətin, Həmid Araslının və b. tədqiqatçıların fikirlərinə istinad edilərək, bəzi ədəbiyyat tarixinə düşməyən şairlər haqqında maraqlı məlumatlar verilmişdir. Həm rus, həm türk, həm də azərbaycandilli ədəbiyyatlardan istifadə edən müəlliflər bütün əsri əhatə etməyə çalışmış və ortaya sanballı bir antologiya qoymuşlar. Kitaba daxil edilmiş əsərlər içərisində istər fədainin “Bəxtiyarnamə”sindən parça, istər Sadiq bəy Əfşarın, Rəhmətinin, Məsihinin, Zəfərin,Tərzi Əfşarın,Müsahib Gəncəvinin, Məczubun Saleh Təbrizinin, Məlik bəy Avçının, Vaiz Qəzvininin, Səfinin, Mürtəzaqulu Sultan Şamlunun qəzəlləri və eləcə də tanınmış klassiklərimizdən Qövsi Təbrizinin, Saib Təbrizinin, aşıqlardan Abbas Tufarqanlının, Sarı Aşığın müxtəlif janrlarda şeir nümunələri oxucular üçün maraqlıdır. Əlyazmalar İnstitutunun nəşri olan İsmayıl bəy Nakamın “fərhad və Şirin” kitabını f.e.n. Yolçu Piriyev nəşrə hazırlamışdır. Kitabın redaktoru f.e.n. İsmayıl İsmayılovdur. Yolçu Piriyev kitaba yazdığı “Nakamın “fərhad və Şirin” poeması haqqında” adlı ön sözdə həm şairin həyatı, həm də yaradıcılığı haqqında söz açır, qismən də olsa, oxucuları məlumatlandırır. Ön sözdən məlum olur ki, İsmayıl bəy Nakam (1839-1906) klassik üslubda qəzəl, qəsidə, qitə, mənzum hekayətlər yazmış, sağlığında əsərləri çap olunmamış. Ancaq əlyazma şəklində köçürülüb yayılmışdır. Şairin əsərləri Əlyazmalar İnstitutunda, eyni zamanda xarici ölkə kitabxanalarında qorunub saxlanılır. “fərhad və Şirin” də şairin “Mərifət xəzinəsi” və “Məcnun və Leyli” əsərləri kimi Nizami Gəncəvinin poemasına nəzirə olaraq yazılmışdır. Ön sözdə bu əsər haqqında bəhs açan müəllif sözünü belə yekunlaşdırır: “Göründüyü kimi, İsmayıl bəy Nakam XIX əsr Azərbaycan poeziyasında klassik ənənələri davam etdirməklə yanaşı, həm də dövrünün hadisələrinə münasibət bildirmiş, dil, üslub və sənətkarlıq baxımından maraqlı bir irs qoyub getmiş, beləliklə də öz əsrinin poeziyasının zənginləşməsinə öz töhfəsini vermişdir.” Əsər girişlə başlayır, sonra Allaha müraciət, münacat, daha sonra peyğəmbərin nəti, meracnamə və kitabın yazılma səbəbini açıqlayan hissə gəlir. Əsər o qədər də böyük həcmdə deyildir, amma ön sözdə deyildiyi kimi, dövrünün olaylarına münasibətdə diqqətçəkici məqamlar baxımından daha maraqlıdır. XIX əsrdə də belə əsərlərin yazılması bir də o cəhətdən dəyərlidir ki, keçmiç klassik ənənələr unudulmur. Zaman-zaman yaşadılır. Vasif Quliyevin redaktorluğu ilə çap olunmuş Məşədi Məhəmməd Bülbülün “Əsərləri”nin ön söz, tərtib və tərcüməsi dosent Raqub Kərimovundur. Kitabın elmi redaktorları f.e.d. Möhsün Nağısoylu və Ruqiyyə Nağıyevadır. Ön sözdə müəllif şairin həyat və yaradıcılığından, onun ədəbi irsindən, şair haqqında aparılan tədqiqatlardan danışır. Ən çox tədqiqatçı firuzə Həsənovanın məlumatlarına, tədqiqatlarına istinad edir. Kitaba həmin tədqiqatçının “Məhəmməd Bülbülün həyat və yaradıcılığı” adlı məqaləsi də daxil edilmişdir. Bu yazı şair haqqında daha ətraflı məlumat verir. Kitabda elmi redaktorun qeydindən bilinir ki, şairin əlyazmasında olan azərbaycanca şeirləri firuzə xanım transfoliterasiya etmişdir, farsca şeirlərin tərcüməsi isə Raqub Kərimova məxsusdur. Kitabda da əvvəlcə azərbaycanca, sonra farsca şeirlər verilmişdir. Kitabdakı əsərlərin böyük əksəriyyəti azərbaycanca şeirlərdir ki, bunlar da qəzəllər, iki qəsidə, bir mənzum məktub, bir tərcibənd, üç rübaidən, farsca şeirlər isə qəzəllər, rübailər, məsnəvilər, tərcibənd və mərsiyədən ibarətdir. Kitabın sonunda isə əlyazmaların fotofaksimilesi verilmişdir. Kitab klassik şeir həvəskarları üçün olduqca dəyərli hədiyyədir. Sona XƏYAL
|
|
|
|
|
|
| |
?Şabran nəğmələri?
| |
| |
|
|
| |
Səngərlər evin olsun, qoyma yağmalanmağa, Sərhəd sənə əmanət, qoyma ayaqlanmağa. Kafirin bayrağını qoyma dalğalanmağa. Azadlığın yolunda ürəyin olsun məşəl! Xankəndinə üçrəngli bayrağı tax, sonra gəl! Bu şeir parçası Dəvəçidə fəaliyyət göstərən ?Şabran? ədəbi məclisinin 30 illik yubileyinə həsr olunmuş topludan götürülüb. Toplu adı çəkilən ədəbi birliyin sayca dördüncü kitabı hesab olunur və vətənpərvərlik ruhunda qələmə alınan bu bir bənd Dəvəçidə yaşayıb-yaradan Malik Xəlil Ağagüloğlunun ?Sonra gəl? şerindəndir. Oğlunu əsgərliyə yola salan ananın dilindən səslənən bu şerin hər bir misrasında Vətənini sevən, onun müqəddəsliyini hər bir şeydən uca tutan atanın ülvi hissləri təcəssüm olunmuşdur. ?Şabran nəğmələri?nin IV toplusu yaxın günlərdə ?Şirvannəşr?də işıq üzü görmüşdür. Toplunun tərtibçisi və redaktoru ?Şabran? ədəbi məclisinin sədri Qafar Süleymandır. Kitabda onun, habelə yerli şairlərdən Bayram Novruzun, Malik Xəlil Ağagüloğlunun, Balağa Vahidin, Məzahir Zeynalın, Aybəniz Əliyarın, Təvəkkül Kərimin, Tahir Salehin, Nailə Cavadın, Ənvər Zeynaloğlunun, Yaqut Ağazadənin, Sabir Zöhramlının və başqalarının şeirləri toplanmışdır. Kitabda həmçinin ?Şabran? ədəbi məclisinin 30 illik yubileyi ilə əlaqədar təbriklər də yer almışdır. Məsələn, xalq şairi Söhrab Tahir yazır: ?Qədim tarixə məxsus Şabran torpağında ?Şabran? ədəbi məclisinin fəaliyyətini təqdirəlayiq sayıram. Müstəqil respublikamızın tərənnümü, gələcəyə inam şabrançıların yazılarının əsas qayəsidir. Onlara bu yolda daha böyük uğurlar arzulayıram!? AMEA-nın müxbir üzvu, millət vəkili Nizami Cəfərovun da fikirləri topluda yer alıb: ?Şabran? ədəbi məclisi üzvlərinin əksəriyyətinin şeirlərində vətənpərvərlik hissinin, torpağa bağlılığın güclü olması bir daha sübut edir ki, bu yazarlar Vətən, torpaq sevgisilə yaşayırlar... Məclis üzvləri öz ədəbi dünyagörüşünə, dərin istedadına görə gələcəkdə Azərbaycan ədəbiyyatında önəmli yer tutacağına heç də şübhə etmirlər.? Rəsmi olaraq 1977-ci ildən fəaliyyətə başlayan ?Şabran? ədəbi məclisinin bugünkü üzvləri yaşlı nəslin nümayəndələri olan və rayonda yazıb-yaradan Əhməd Cəfərli, Əmirqulu Quliyev, Miknijad Rikab, Cəfər Cəfərov, Adil İsgəndərov və başqa şairləri bu gün də böyük ehtiramla yad edirlər. Sevindirici faktlardan biri də budur ki, ?Şabran? ədəbi məclisinin bugünkü üzvləri əvvəlki ənənələrə sadiq qalmaqla yanaşı, onları davam etdirir və rayonda yeni, daha gənc yazarların yetişməsinə çalışırlar. Əlimizdə olan almanaxları vərəqlədikcə bir daha bu dediklərimizin şahidi oluruq. Bu baxımdan Nigar Mürsəlqızının ?Dönmək istəyirəm uşaqlığıma?, Turunc Azərinin ?Cığırlar?, Aygül Bağırovanın ?Qarabağ? şeirlərini qeyd etmək olar. ?Şabran? ədəbi məclisinin qarşısında indi geniş üfüqlər açılıb. Xüsusilə məclis üzvlərinin müraciətinə cavab olaraq Dəvəçi rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun sərəncamı ilə aprelin 19-da rayonda təntənəli yubiley tədbiri keçiriləcəkdir. Biz də öz növbəmizdə 30 illik yubileyi qeyd olunan şabrançıları təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Ə.Behbudlu ___________________________ ?Ədəbiyyat qəzeti? bizim müqəddəs ocağımızdır? Bu günlərdə ?Ədəbiyyat qəzeti?nin baş redaktorunun tapşırığı ilə Şəmkirdə, Gəncədə və Mingəçevirdə oldum. Ezamiyyə vərəqəsində qeyd olunduğu kimi, öncə Şəmkir şəhərinə getdim. Şəmkir Azərbaycanın qədim diyarlarından biridir və bu şəhər 1819-cu ildə almanlar tərəfindən salınmışdır. Burada ölkəmizin hər bir yerində olduğu kimi, böyük quruculuq işləri aparılır. Hazırda rayonda geniş abadlıq, yenidənqurma, təmizlik işləri aparılır, yollara yeni asfalt döşənir. İnsanların əhval-ruhiyyəsində artıq nikbinlik duyğuları hiss olunur və gələcəyə inam ruhu möhkəmlənməkdədir. Bunu onların zahiri görkəmlərindən də duymaq mümkün idi... Şəmkir bu gün böyük sürətlə inkişaf edir. Burada olarkən yaxın günlərdə 60 illik yubileyi qeyd olunan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəmkir rayon Komitəsinin sədri, AYB üzvü şair Məzahir Hüseynzadə ilə görüşüb rayondakı ədəbi mühit, habelə yerli yazarların yaradıcılıq planları barədə danışmasını xahiş etdik. M.Hüseynzadə dedi: ? Bu gün rayonumuzda yeni-yeni istedadlı gənclər yetişməkdədir. Biz burada vaxtilə mövcud olan ənənələri yenidən bərpa etmək üçün həmin istedadlı gəncləri bir yerə toplamaq niyyətindəyik. Bir qədər əvvələ qayıdaraq qeyd etmək istəyirəm ki, burada hələ 1967-ci ildə ?Şəmkir inciləri? dərnəyi yaradılmışdı. Əlbəttə, bu dərnəyin yeni istedadlı yazarların yetişməsində böyük rolu oldu və mən onlardan AYB üzvləri Vasif Süleyman, Elbariz, Həsrət, İlham Zamanoğlu, Taleh Həmid, Şamxal Rüstəm, Eyvaz Həmid, Sahib Aslanzadə, Pirverdi Dağlaroğlu və başqalarının adlarını qeyd edə bilərəm. Mərhum Səyavuş Sərxanlı da Şəmkir ədəbi mühitinin yetişdirməsi və bizim yazarların öndə gedəni olmuşdur. Hazırda bizim əsas məqsədlərimizdən biri Şəmkirdə müxtəlif sahələri əhatə edən sənətçilər birliyinin yaradılmasıdır. Bu yöndə artıq işlər gedir və yaxın zamanlarda yazarları, rəssamları, aktyorları və aşıqları özündə birləşdirən belə bir birlik yaradılacaqdır. Qarşımızda duran ən mühüm məsələlərdən biri də görkəmli sənətkarların xidmətlərinin bugünkü gəncliyə təbliğ edilməsidir ki, biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara uyğun olaraq Bülbülün 110 illiyi, Hüseyn Cavidin 125 illiyi, habelə Mikayıl Müşfiqin və Almaz İldırımın yubileylərinin məktəblərdə qeyd olunması üçün yerli rəssam fərman Hüseynovla birgə plakat hazırladıq və həmin plakatı rayonumuzdakı 83 məktəb və 53 uşaq bağçasına pulsuz olaraq payladıq. Bir faktı da qeyd edim ki, yüksək səviyyədə tərtib olunan bu plakat Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəmkir rayon Komitəsinin maliyyə dəstəyi ilə hazırlanmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ?Ədəbiyyat qəzeti?nin fəaliyyəti barədə söz açarkən bu qəzetin bütün bölgələrdə geniş şəkildə yayılmasını çox istərdim. Təəssüflər olsun ki, bu, belə deyil. fikrimcə, ədəbiyyatımızın təbliğində özünəməxsus xidmətləri olan ?Ədəbiyyat qəzeti? ölkəmizin bütün bölgələrində geniş şəkildə yayımlanmalıdır. Buna bizim böyük ehtiyacımız vardır. Xüsusilə indiki zamanda bu həmişəkindən daha çox lazımdır. ?Ədəbiyyat qəzeti? bizim ocaqdır, müqəddəs ocağımızdır. Ocağa isə xor baxmaq olmaz. B.Əliəsgər Redaksiyadan: Şəmkir rayonunda ?Ədəbiyyat qəzeti? və onun rus dilində nəşr olunan aylıq əlavəsi ?Mir literaturı?nın geniş şəkildə abunəsinin təşkilində yaxından iştirak edən Şəmkir rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinskiyə, müdir müavini Cəlal Hüseynova, metodist Cəmşid Rzayevə və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəmkir rayon Komitəsinin sədri Məzahir Hüseynzadəyə öz dərin minnətdarlığımızı bildiririk. Həmçinin Gəncədə və Mingəçevirdə bu işdə bizə lazımi köməkliyi göstərən Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyevə, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektor əvəzi Ramiz Quliyevə və Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri Nazir Sultanova öz təşəkkürlərimizi çatdırırıq. __________________________________ Lənkəran Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsində yazıçı-publisist Hafiz Mirzənin yeni çapdan çıxmış ?Qızmar yayın soyuq küləkləri? kitabının təqdimat mərasimi keçirildi. Məclisi giriş sözü ilə AYB Lənkəran bölməsinin sədri şair İltifat Saleh açaraq H.Mirzənin indiyədək çapdan çıxmış kitabları haqqında məlumat verdi, yeni çapdan çıxmış ?Qızmar yayın soyuq küləkləri? kitabını yazıçının yeni uğuru adlandırdı. Bölmənin ədəbi məsləhətçisi şair Ağamir Cavad yazıçının çoxsahəli yaradıcılığı haqqında söhbət açıb onun həm istedadlı bir yazıçı, həm də respublika mətbuatı elm, iqtisadiyyat, mədəniyyət və siyasətlə bağlı vaxtaşırı çoxsaylı, iri həcmli məqalələrlə çıxış edən bir publisist olduğunu qeyd etdi. Yeni kitabına daxil etdiyi povest və hekayələri təhlil edərək mülahizələrini söylədi. Yazıçının qələm dostlarından Mirhafiz Bahadır, Oqtay Zəka, Mehman Qaraxanoğlu, Tərlan Əbilov, Ağaddin Baba, Əhmədağa Kərimli, rayon ziyalılarından Aslan İbrahimov, Rəsul Abdulov, Mirzağa Mirzəyev və başqaları çıxış edərək müəllifin yaradıcılığından söz açdılar. Tədbirdə iştirak edən Lənkəran şəhər bələdiyyəsinin sədri Eldar Hüseynov Hafiz Mirzəyə ?İlin ən yaxşı kitabı? mükafatını təqdim etdi. Sonda Hafiz Mirzə ünvanına söylənilən xoş sözlərə görə çıxış edənlərə və tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Şəhla Xəlilova
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|