N 29      23.07.2010
   
 
 Baş səhifə
 Ədəbi-mədəni həyat
 KİV və ədəbiyyat
 Poeziya
 Nəsr
 Tərcümə
 Soydaşlarımız
 Qonaq otağı
 Türk dünyası
 Əsərlər, rəylər
 İllər, şəxsiyyətlər
 Axtarışlar
 Xarici mətbuatda
 Teatr
 Yumor
 Çevrə
 Panoram
 Oxucu və qəzet
 Arxiv
 
 
  AzərTAc-ın baş direktoru Aslan Aslanov
Bişkekdəki Beynəlxalq Aytmatov Akademiyasının
akademiki adına layiq görülmüşdür

 
     
 
Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək fondunun təqdimatı və Qırğızıstan Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov Azərbaycanın Milli Mətbuat günü ərəfəsində türkdilli ölkələrin ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki adına layiq görülmüşdür.
fondun sədri Nüsrət Məmmədov müxbirimizə bildirmişdir ki, Aslan Aslanova bu ad Azərbaycan ilə Qırğızıstan arasında KİV sahəsində əlaqələrin inkişafına verdiyi töhfəyə, "Kabar" informasiya agentliyi ilə informasiya mübadiləsinə və səmərəli əməkdaşlığa, həmçinin AzərTAc vasitəsilə Qırğızıstanın ictimai-siyasi həyatı, ədəbiyyatı, incəsənəti, mədəniyyəti haqqında müntəzəm yayılan və həqiqəti əks etdirən materiallara görə verilmişdir. Biz bu münasibətlə Aslan Aslanovu təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.
Akademiyanın prezidenti Abdildacan Akmataliyevin imzası ilə Aslan Aslanovun ünvanına göndərilmiş məktubda bildirilir ki, müvafiq diplom ona Bakıda təqdim olunacaqdır.

 
  "Varis olmağı bacarmalıyıq"
 
     
 
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi fondunun vəsaiti ilə "Azərbaycan mətbuat tarixi antologiyası"nın I cildi "Elm və təhsil" nəşriyyatı tərəfindən işıq üzü görüb.
filologiya elmləri doktoru, professor Şamil Vəliyevin kitaba yazdığı "Varis olmağı bacarmalıyıq" başlıqlı ön sözdə deyilir ki, bu antologiya "Müasir müstəqillik dövründə kütləvi informasiya vasitələrinin milli tarix kontekstində inkişafına, onun irs-varislik prinsipləri ilə fəaliyyət göstərməsinə təsir edəcək dəyərli vasitədir. Çünki bundan müasir jurnalist kadrların hazırlanmasında, müxtəlifyönlü yaradıcılıq axtarışlarının aparılmasında yararlanmaq mümkün olacaqdır".
Antologiyada 21-ə yaxın qələm sahibinin həyat və yaradıcılığından bəhs olunur, onların əsərlərindən nümunələr təqdim edilir. İlk səhifələri böyük demokrat Mirzə fətəli Axundovla, onun yeni əlifba islahatı ilə bağlı fikirlərini əks etdirən və H.B.Zərdabiyə ünvanladığı məktublarla açılan antologiyada Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Mirzə Cəlil, Ömər faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov və başqalarının ömür yolu, milli mətbuatla bağlı fikir və düşüncələrini əks etdirən məqalələrindən seçmələr verilib. Həmçinin də milli mətbuatımızın yaradıcısı Həsənbəy Zərdabinin fədakar əməyi göz önünə gətirilib. Bütün həyatını "həqiqət, qəzet camaat üçündür…" məfkurəsi ilə yaşayan bu böyük insanın antologiyada 6 məqaləsi verilib.
"Milli mətbuatımızın şərəfli tarixi bir daha təsdiqləyir ki, məhz "Əkinçi"dən başlayan "Ziya", "Kəşkül", "Kaspi", "Şərqi-Rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin", "füyuzat". "Təzə həyat", "Tərəqqi", "Açıq söz", "İqbal", "Şəlalə", "Qurtuluş", "Azərbaycan" və s. mətbuat orqanları müasir jurnalist kadrların hazırlanmasında ən dəyərli mənbədir".
Antologiyada sələflərlə yanaşı bu yolu ləyaqətlə davam etdirən bir çox tanınmış xələflərin də yaradıcılığından etibarlı mənbə kimi istifadə olunub.
Kitabın araya-ərsəyə gəlməsində redaksiya heyətinin üzvləri Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşovun, eləcə də elmi redaktorlar Şamil Vəliyev və Nəsiman Yaqublunun xüsusi zəhmətlərini qeyd etməklə yanaşı, milli mətbuatımızın 135 illiyilə bağlı belə bir antologiyanın işıq üzü görməsinin təqdirəlayiq olduğunu önə çəkirik.
S.Əsgərli