Baş səhifə
 Ədəbi-mədəni həyat
 KİV və ədəbiyyat
 Poeziya
 Nəsr
 Tərcümə
 Soydaşlarımız
 Qonaq otağı
 Türk dünyası
 Əsərlər, rəylər
 İllər, şəxsiyyətlər
 Axtarışlar
 Xarici mətbuatda
 Teatr
 Yumor
 Çevrə
 Panoram
 Oxucu və qəzet
 Arxiv
Welcome to PerlWiz
 
 
  “Biz humanitar sahədə əməkdaşlığın
inkişaf etməsindən çox məmnunuq”

 
     
 
Mətbuatdan məlumdur ki, Rusiya federasiyasının Prezidenti Dmitri Medvedev iyunun 27-də Azərbaycana işguzar səfərə gəldi. Həmin gün Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedevin birgə mətbuat konfransı oldu. Dövlət başçıları bəyənatla çıxış etdilər.
---------------------------------------
Mən Rusiya Prezidentini ölkəmizdə yenidən salamlamağa şadam. Ölkələrimiz arasında çox yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyət, çox sıx əlaqələr mövcuddur. Münasibətlər yüksək dərəcədə dinamikliyi ilə xarakterizə edilir. Prezidentlər səviyyəsində müntəzəm görüşlər keçirilir ki, bu da münasibətlərimizin xarakterini əks etdirir və ölkələrimizi daha da yaxınlaşdırır.
Biz hamımız Prezident Medvedevin düz bir il əvvəl Azərbaycana rəsmi səfərini çox yaxşı xatırlayırıq. Yüksək qiymətləndiririk ki, bu, Prezident kimi Dmitri Anatolyeviçin ilk rəsmi səfərlərindən biri idi və həmin səfər çərçivəsində imzalanmış sənədlər bu gün yerinə yetirilir. Dostluq və strateji əməkdaşlıq haqqında müqavilə uğurla yerinə yetirilir və bu gün imzalanmış sənədlər son bir il müddətində əldə etdiklərimizin məntiqi davamıdır.
Bizim aramızda bir neçə görüş olmuşdur və onların hər biri çox mühüm idi. Biz həm bu gün və həm də gələcəkdə münasibətlərimizin xarakterini və regional prosesləri xeyli dərəcədə müəyyənləşdirən qərarlar qəbul etmişik.
İqtisadi planda müxtəlif layihələr də uğurla həyata keçirilir. Dünyada baş vermiş maliyyə böhranı ilə əlaqədar əmtəə dövriyyəsinin bir qədər azalmasına baxmayaraq, bunun dinamikliyi, strukturu deməyə imkan verir ki, bu müvəqqəti hal tezliklə aradan qaldırılacaqdır. Həm də, bu gün imzalanmış sənədləri nəzərə almaqla inanıram ki, növbəti ildə biz əmtəə dövriyyəsinin kəskin surətdə artacağını görəcəyik.

 
  “Azərbaycan İnternəşnl”
Hafiz Paşayev adına
mükafata layiq görüldü

 
     
 
"Azərbaycan İnternəşnl"ın müvəffəqiyyətində çoxlarının rolu olub. Bu şübhəsizdir. Lakin bu jurnalın tanınmasında, onun yüksək səviyyədə təqdim olunmasında Prezident Heydər Əliyevin rolu xüsusi qeyd olunmalıdır. Betti Bleyerin Prezident Əliyevlə ilk müsahibəsi indiki kimi yadımdadır. Dayanmadan danışırdı. Bu şəxs haqqında öz fikrinin tam dəyişdiyini yorulmadan təkrar edirdi. Betti Bleyer Heydər Əliyevin simasında əsl dövlət xadimi ilə üzləşmişdi. Heydər Əliyev "Azərbaycan İnternəşnl"ın timsalında mühüm və nüfuzlu bir beynəlxalq nəşrin olduğunu anlamışdı. Rəğbət qarşılıqlı idi. Prezident bu jurnalı dəstəkləmək fürsətini əldən verməzdi. Vaxtaşırı Betti Bleyer və Piruz Xanlu ilə görüşərdi. Bu görüşlər jurnalın yeni nömrəsinin çıxdığı vaxta təsadüf etdikdə, Prezident öz marağını nümayiş etdirərdi. Jurnalın redaksiya heyəti ilə hər bir görüş televiziya ekranlarında təkrarlanardı, bu barədə ictimai mətbutda məlumat verilərdi.
Beləcə "Azərbaycan İnternəşnl" jurnalı yarandı və nüfuzlu beynəlxalq nəşrə çevrildi.”
Bu sətirlər Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında ilk səfiri Hafiz Mir Cəlal oğlu Paşayevin “Bir səfirin manifesti” kitabından - "Azərbaycan İnternəşnl" faktoru” məqaləsindən götürülmüşdür.
Yeri gəlmişkən qeyd edək ki, "Azərbaycan İnternəşnl"in baş redaktoru Betti Bleyer neçə illərdir həm də “Ədəbiyyat qəzeti”nin redaksiya şurasının üzvüdür.
Onun xüsusilə “Əli və Nino” əsərinə dair mübahisələrlə bağlı ciddi zəhmət məhsulu olan məqalələri oxucularımıza yaxşı məlumdur. Betti xanımı və onun həyat yoldaşı Piruz Xanlunu ABŞ-Azərbaycan əlaqələrinin inkişafına görə Hafiz Paşayev mükafatına layiq görülmələri münasibətilə səmim-qəlbdən təbrik edir və təqdimat mərasimindən əməkdaşımızın hazırladığı materialı oxucularımızın diqqətinə yetiririk.

 
  Rusiya alimi Rudolf İvanov
“Dostluq” ordeni ilə təltif edildi

 
     
 
Rusiya tədqiqatçısı, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının üzvü, professor Rudolf Nikolayeviç İvanov neçənci dəfədir ki, ölkəmizin qonağıdır. Rudolf İvanovun Bakıya budəfəki səfəri isə onun üçün xoş hadisə ilə üst-üstə düşmüşdür. İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rudolf Nikolayeviç İvanov “Dostluq” ordeni ilə təltif edilmişdir. Sərəncamda bildirilmişdir ki, alim Azərbaycan Respublikası və Rusiya federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə yüksək mükafata layiq görülmüşdür.
Rudolf İvanov Azərbaycanda tanınmış insandır. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, Rudolf İvanovun yazdığı 30 kitab arasında bizim qədim diyarımıza, xüsusilə Qafqazın qəhrəman şəxsiyyətlərinə həsr olunmuş əsərlər görkəmli yer tutur. Onlardan biri də Rusiya aliminin çoxillik tədqiqatının qəhrəmanı, şöhrətli həmvətənimiz general Hüseynxan Naxçıvanskidir. Bir neçə il əvvəl Bakıda R.İvanovun “Əlahəzrətin General-Yavəri” tarixi monoqrafiyasının təqdimatı olmuşdur. Əsərdə kornetdən general rütbəsinə qədər yüksəlmiş və Əlahəzrət İmperatorun General-Yavəri yüksək adına layiq görülmüş Azərbaycan xalqının görkəmli oğlunun hərbi və döyüş yolundan bəhs edilir.

 
  Rusiyada Azərbaycan
Mədəniyyəti günləri

 
     
 
Moskvada və Kazan şəhərində keçiriləcək Azərbaycan Mədəniyyəti günlərində ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi 80 nəfərlik nümayəndə heyəti təmsil edir. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, tədbirlərin iyulun 2-dək Moskvada, 2-dən 5-dək isə Kazanda keçirilməsi nəzərdə tutulmuşdur. Proqrama Moskvada Tahir Məmmədovun, Kazanda fərid Hayrulinin fotosərgiləri, Uşaq-Gənclər Simfonik Orkestrinin və Bakı Xoreoqrafiya Məktəbinin rəqs qrupunun konsertləri daxildir.
İyunun 30-da Moskvada İttifaqlar Evinin Sütunlu zalında Azərbaycan Mədəniyyəti günlərinin açılış mərasimi keçirilmişdir. Rusiyanın mədəniyyət nazirinin müavini Aleksandr Qolutva iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafında böyük nailiyyətləri vurğulamışdır. O, demişdir ki, Azərbaycanın Uşaq–Gənclər Simfonik Orkestrinin Moskvanın böyük zalında konsert verməsi mövcud münasibətlərin göstəricilərindəndir. Azərbaycan mədəniyyətini və incəsənətini çox sevdiklərini vurğulayan nazir müavini əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik etmişdir.

 
  Parisdə Tahir Salahova fransanın mükafatı
təqdim olundu

 
     
 
İyulun 1-də fransa İncəsənət Akademiyasının katibi Arno d’Oterivin və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynovanın təşkilatçılığı ilə akademiyada görkəmli fırça ustası Tahir Salahova fransa mədəniyyət və kommunikasiya naziri tərəfindən ölkənin ən nüfuzlu mükafatlarından biri hesab edilən “İncəsənət və ədəbiyyat” ordeninin “Zabit” dərəcəsinin təqdim edilməsi münasibətilə mərasim keçirilmişdir.
Toplantını açan Arno d’Oteriv demişdir ki, akademiyanın üzvü Raymond Süb tərəfindən təsis edilmiş və dünyanın tanınmış sənət ustalarına təqdim olunan belə yüksək mükafatı bir gün şəxsən öz əli ilə yaxın dostu Tahir Salahova təqdim edəcəyini fəyalına belə gətirmirdi. Doğma vətəni Azərbaycanda, keçmiş sovetlər ittifaqında və dünyanın bir çox ölkələrində Tahir Salahovun əməyinə yüksək qiymət verildiyini qeyd edən katib rəssamın əsərlərinin Azərbaycan, Rusiya və Ukrayna muzeylərini bəzədiyini, İtaliyada, Türkiyədə, Yaponiyada, Almaniyada, Amerikada, İspaniyada, Bolqarıstanda, Monqolustanda, Polşada və digər ölkələrdə sərgiləri təşkil olunduğunu vurğulamışdır.

 
  Qu quşunun nəğmələri

 
     
 
Saat - vaxt, zaman ölçüsüdür. Hansı ictimai quruluşa aid olur-olsun, saatın, yəni vaxtın, zamanın özü də yaradıcı insan üçün qəfəsə, məhbəsə çevrilə bilər. Anna Axmatovanın (1889-1966) əzablı, məhrumiyyətli, məşəqqətli həyatının böyük bir hissəsini zəbt etmiş sovet dövrü də məkana və zamana sığmayan şair yaşamının uzun, üzüntülü vaxt çərçivəsi idi. İstedad, hünər isə bütün çərçivə və sədləri yarıb, qəlibləri sındırıb çıxmağı bacarmaqdır.
A.Axmatova bədbəxt taleli bir insan idi. 1921-ci ildə böyük şair A.Blokun vəfatı onu bərk sarsıtmışdı. Elə həmin il keçmiş əri, şair N.Qumilyovu əksinqilabçı kimi ittiham edib güllələmişdilər. Sonralar dahi tarixçi-filosof olan oğlu L.Qumilyovu gənc yaşlarında - 1935-ci ildə həbs etmişdilər. Oğlu ilə görüş üçün 17 ay həbsxana qapılarında növbələrdə dayanan A.Axmatova özü də bir çoxları kimi, hər gün azadlıqdan məhrum edilmək vahiməsini yaşayırdı.
Şərqşünaslığın incilərindən sayılan əsərlərin müəllifi L.Qumilyovun "Etnogenez və Yerin biomühiti" monoqrafiyasında görüşüncə sadə, mahiyyətcə dərin, aforizmə çevrilən fəlsəfi bir fikri var: "Biz yaşadığımız dövrü tanımırıq". Belə bir sual doğur: - A.Axmatova dövrünü tanıyırdımı? Hər halda, necə tanıyırdısa, eləcə də yazırdı. Bəs dövrü, zamanı necə, şairini tanıyırdımı?! O da necə tanıyırdısa, məngənəsində eləcə də sıxırdı.
Türk əsilli böyük rus şairi, XX əsr dünya poeziyasının seçilən nümayəndəsi Anna Axmatova hələ Oktyabr inqilabından əvvəl - 1911-ci ildə yazdığı kiçik bir şerində "Saatlarda yaşayan qəmgin qu quşuyam" - deyirdi. Saat-qəfəsdə, zaman-məhbəsdə məhkum qu quşu kimi ölməz azadlıq nəğmələrini oxuyan A.Axmatovanın poeziyasından tərcümələrimi neçə illərdir ki, mətbuatda əziz oxucularıma ünvanlayıram.

 
  Ə.Dəmirçizadə - 100
Unudulmaz müəllim

 
     
 
Biz onu beləcə görmüşdük. Asta-asta daxil olar, sakit-sakit sözə başlardı... Gəlişi ilə ayağa durardıq. Bu ehtiramı özü qazanmış-dı; geniş qəlbi, təmkin və iradəsi, hüdudsuz biliyi ilə...
Böyük auditoriyada hər kəs öz qəlbindən keçənlərə cavab alsın deyə, tapşırardı ki, sualları yazıb xitabət kürsüsünün üstünə qoyaq. Gənc qəlblərdən qopan suallara bir-bir cavab verməmiş, mühazirəni davam etdirməzdi. Dəlillərinin tutarı və məntiqi güclü idi, ona görə də mübahisəni davam etdirməyə ehtiyac olmazdı.
50 il əvvəl bizim nəsil onun auditoriyasına daxil olanda əlli yaşına 3-4 il qalırdı. Lakin gümüşü saçlar, təbəssüm dolu xırda göz-lər, nurlu və mehriban çöhrə, geniş alın, mil-mil araqçın, asta yeriş o vaxtdan beynimizə həkk olub. Düz əlli il Pedaqoji İnstitutun koridor-ları ilə addımlamış, auditoriyalarda nəsil-nəsil tələbələrə ana dilinin sirlərindən söhbət açmışdır. İllərlə ayaq döydüyü pillələr onun ömür pillələri ilə qovuşmuşdu. Söhbətləri bəzən dilin müasir sərhədləri ilə məhdudlaşar, bəzən üç min il keçmişə yol açardı.

 
  Zərif duyğular şairi
 
     
 
Anadolu aşıq məktəbinin son magikanlarından olan Veysəl Şatıroğlu 1894-cü il Sivasın Sivirlan kəndində dünyaya gəlib.
Veysəl yeddi yaşa girəndə Sivasda çiçək xəstəliyi yayılır və xəstəlik onu da yaxalayır. Sol gözünü itirir, sağ gözünə isə pərdə gəlir. Bir təsadüf üzündən Veysəlin azacıq da olsa görən gözünə atasının əlindəki budaq parçası girir və dünya işığından tamam məhrum olur. Bundan sonra bacısı əlindən tutub gəzdirir. Get-gedə özünə qapanan Veysəl öz halını belə təsvir edir:

Veysələm, dünyaya mən niyə gəldim,
Elə hey ağladım, nə zaman güldüm?!
Qəlbə təsəllimi özümdə buldum,
Öz səbrimlə təskin etdim özümü.

Veysəli iztirablardan qurtarmağa çalışan atası Əhməd Yunus İmrə, Pir Sultan Abdal, Qaracaoğlan, Əmrah, Dadaloğlu kimi ozanların şeirlərini oğluna öyrədir və dərdini azca da olsa unudacağı ümidi ilə ona bir saz alır. Kiçik yaşlarından Veysəli saz çalmağa, söz qoşmağa həvəsləndirir. Saz onun sevincinin, kədərinin, məhəbbət və iztirablarının tərcümanı olur.

 
  Dağlar marala qaldı…
 
     
 
Dağlar marala qaldı,
Otu sarala qaldı…

Bir gəlin ağı deyirdi. Bu ömürlük ayrılıq nəğməsi idi. Bu, ömrünün çiçəkləndiyi bir vaxtda - 42 yaşında həyata vaxtsız əlvida demiş nurlu, nakam ömür üçün oxunan nəğmə idi. Və bu nəğmə o birilər kimi xoşbəxt sonluqla bitmirdi. Bu, heç vaxt qovuşmayacaq yollara, heç vaxt birləşməyəcək çayın iki sahilinə, heç vaxt açılmayacaq işıqlı sabah üçün oxunan elegiya idi. Bu ömür üçün yanmağa dəyərdi, bu, Aydın Səlimzadə ömrü idi.
A.Səlimzadə 1953-cü ildə İsmayıllı rayonun Hacıhətəmli kəndində anadan olmuşdu. Valideynləri ona Aydın adı verdilər. Bu ad onun nurlu çöhrəsinə, ömrünün mənasına, dünyaya, insanlara şəfqətlə, məlhəmlə dolu ürəyinə necə də yaraşırdı! Və batan günəşin, çaxan şimşəyin şəfqəti üzlərdə qaldığı kimi, nurlu simasının işığı da saysız-hesabsız könüllərdə qaldı: əbədi yaşamaq üçün.
Sanki dünən idi, məktəb divar qəzetində ilk qələm təcrübələrini - şeirlərini oxuduğümüz çağlar. Biz, aşağı sinif şagirdləri də həvəslənib öz şeirlərimizi yazardıq. Ancaq bu şeir dediyimiz "cızmaqaralar" şair təbiətli ədəbiyyat müəllimimiz Əli Həsənovun "senzura"sından keçə bilməzdi, tək onun yazılarından başqa.

 
  Respublika naşirləri
bir araya gəldi

 
     
 
R.Dekart yaxşı kitabları oxumağı keçmişin ən yaxşı adamları ilə söhbət etməyə bənzədirdi: "Bu, həm də elə bir söhbətdir ki, adamlar bizə özlərinin ən gözəl fikirlərini deyirlər".
Ümummilli lider Heydər Əliyev isə kitabxananı xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırırdı.
İyulun 1-də M.f.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən ölkəmizdə fəaliyyət göstərən nəşriyyat və poliqrafiya müəssisəsi rəhbərliyinin respublika müşavirəsində də kitabın cəmiyyətdə və milli-bəşəri təfəkkürün inkişafındakı yerindən, kitab nəşrinin vəziyyətindən ətraflı bəhs olundu.
Mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq görüşün məramını açıqladı. Bildirdi ki, müstəqillik əldə etdikdən sonra sovetlər dönəmində çox ciddi senzura altında işləyən sistem çökdü. Kitab-mağazalar sisteminin əsasları, "Azərkitab" Birliyi dağıldı. Bölgələrdə olan kitabxanaların bir qismi özəlləşdirildi, kitabxana fondları dağıdıldı. Ümummilli lider Heydər Əliyevin xüsusi sərəncamına qədər bu sahədə xeyli itkilər oldu.

 
 
     
 
Edebiyyat gazeti
N 25      3.07.2009